Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri ilin əvvəlindən 24% azalıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri ilin əvvəlindən 24% azalıb
# 10 noyabr 2009 08:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 2009-cu ilin oktyabr ayının 1-nə 3 886,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 24%, ötən ilin müvafiq dövrünə nisbətən isə 18% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, məcmu beynəlxalq ehtiyatların həcmi son bir ildə 14%, cari ilin əvvəlindən isə 20,2% azalaraq oktyabrın 1-nə 4 136 mln. manata bərabər olub.

Eyni zamanda, AMB-nin xarici öhdəliklərinin kəskin artım tendensiyası müşahidə olunur. Belə ki, həmin göstərici 248,5 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın əvvəli ilə müqayisədə 3,7 dəfə, cari ilin əvvəlinə nisbətən isə 3,8 dəfə çoxdur. Bu göstəricinin artması cari ilin avqustunda baş verib ki, həmin ay ərzində AMB-nin xarici öhdəlikləri 54,6 mln. manatdan 203,4 mln. manatadək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR