Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROE əmsalı son bir ildə 0,02 bənd azalıb

Azərbaycan bank sistemi üzrə ROE əmsalı son bir ildə 0,02 bənd azalıb
# 10 noyabr 2009 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatları üzrə kapitalın gəlirlik əmsalı (ROE) 2009-cu ilin III rübün yekunlarına görə 0,198 təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ROE əmsalı 0,018 bənd azalıb, cari ilin əvvəlindən 0,028 yüksəlib.

Xatırladaq ki, ROE əmsalı mənfəətin kapitala nisbəti kimi hesablanır. Qeyd edək ki, cari ilin I rübündə ROE əmsalının kəskin artması, II və III rüblərdə isə azalması müşahidə olunub. Əmsal kommersiya banklarının kapitalının səmərəliyinin səviyyəsini əks etdirir. Yəni, 0,198 bənd səviyyəsində olan ROE əmsalı bankların kapitallarına qoyulmuş hər 1 manatın təxminən 20 qəpik mənfəət gətirdiyini göstərir.

Qeyd edək ki, Rusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələrin bank sistemində müşahidə olunan eyni göstəricilərlə müqayisədə Azərbaycanda ROE əmsalı daha yüksək səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR