Bank Of Baku

Azərbaycan 2009-cu ilin dövlət büdcəsinə dəyişiklik edir

Azərbaycan 2009-cu ilin dövlət büdcəsinə dəyişiklik edir
# 10 noyabr 2009 10:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev, Vahab Rzayev – APA-Economics. Azərbaycan parlamentinin müzakirəsinə «Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında» qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi çıxarılıb. «APA-Economics»in məlumatına görə, dəyişiklik daxili dövlət borcunun yuxarı həddinin artırılmasına aiddir.

Belə ki, hazırda 750 mln. manat həcmində olan daxili dövlət borcalma limitinin yuxarı həddinin 2 250 mln. manatadək artırılması təklif olunur. Eyni zamanda, xarici dövlət borcalma limitinin yuxarı həddi qüvvədə olan 2,5 mlrd. manatlıq səviyyədə saxlanılır.

Qeyd edək ki, daxili borcalmanın artırılması adətən büdcə kəsirinin daxili maliyyə bazarı hesabına örtülməsi imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Lakin 2009-cu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, dövlət büdcəsində 778,2 mln. manat həcmində profisit yaranıb. Yuxarıda qeyd olunan dəyişiklik hökumətin ilin sonuna kimi büdcə xərclərini artırmaq niyyətində olmasını göstərir.

Xatırladaq ki, bu ilin ilk 9 ayında büdcə xərcləri üzrə proqnoz 81,8% səviyyəsində icra olunub. Yəni, proqnozla real xərclər arasında 1 437,2 mln. manat fərq yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR