Bank Of Baku

Azərbaycan əhalisi nağd avronun satışını artırıb

Azərbaycan əhalisi nağd avronun satışını artırıb
# 10 noyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avro ilə nağd əməliyyatların həcmi 2009-cu ilin sentyabr ayında 70 599 700 avro təşkil edib ki, bunun 7 647 800 avrosu əhali tərəfindən satış, 62 951 900 avrosu isə alış əməliyyatlarının payına düşüb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 54 136 600 avro həcmində avro satılıb, 474 516 500 avro həcmində isə nağd avro alınıb. Beləliklə, cari ilin 9 ayı ərzində əhalinin nağd avronun alışı satışın həcmini 8,8 dəfə üstələyib ki, bunun da əsas səbəbi Avrozonadan pərakəndə və mütəşəkkil idxalın artması ilə bağlıdır.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd avronun satışını 17,1% artırıb, alışı isə 16,6% azaldıb. Bunun səbəbləri müəyyən dərəcədə avronun məzənnəsinin son zamanlar yüksəlməsi ilə əlaqəlidir, çünki bu halda əlində avro olan əhali həmin yüksək məzənnənin müvəqqəti olduğunu düşünərək bundan faydalanmaq istəyib. Eyni zamanda, məhz yüksək məzənnəyə görə əhali nağd avronun alışını müvəqqəti olaraq azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR