Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov: «2010-cu ildə əsas diqqət böhranın təsirlərinin aradan qaldırılmasına yönəldiləcək»
Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə öz çıxışında qeyd edib ki, Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsi sosial və müdafiə yönümlüdür. Dövlət büdcəsinin layihəsinə əsasən, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub ki, nəticədə, gələn ilki dövlət büdcəsində 1 249 mln. manat həcmində kəsirin yaranacağı gözlənilir. Növbəti il üçün inflyasiyanın 3% proqnozlaşdırıldığını deyən Z.Səmədzadə son illər hökumətin inflyasiyanın cilovlamaq istiqamətində gördüyü tədbirlərin nəticə verdiyini qeyd edib.
Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərin büdcədə azaldığını deyən komitə sədri artıq fondun 400 mln. manat vəsaiti olduğunu qeyd edib. Z.Səmədzadə onu da vurğulayıb ki, gələcəkdə bu fond müstəqil, özünü maliyyələşdirən, təsərrüfat hesablı bir təşkilat ola bilər.
Xarici borclarla bağlı hökumətin siyasətini təqdir edən Z.Səmədzadə Azərbaycanın dünyada adambaşına düşən xarici borcun səviyyəsinə görə ən az borcu olan ölkə olduğunu bildirib.
Komitə sədri büdcə kəsiri barədə də danışıb. Z.Səmədzadə bildirib ki, qloballaşan dünyada ölkələr büdcə kəsiri ilə üzləşir. Hökumətin büdcə kəsiri ilə bağlı müəyyənləşdirdiyi rəqəm – ÜDM-in 3%-i - normal hesab olunur.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, layihə hazırlanarkən dünya iqtisadiyyatında, həmçinin beynəlxalq maliyyə bazarlarında baş verənlər, neftin və enerji daşıyıcılarının qiyməti, beynəlxalq maliyyə təşkilatlarının proqnozları nəzərə alınıb.
«Makroiqtisadi sabitliyin qorunub saxlanılması üçün fiskal və monetar siyasətin həyata keçirilməsi 2010-cu ilin prioritetlərindəndir», - deyən S.Şərifov qeyd edib ki, büdcədə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinə xüsusi əhəmiyyət verilib.
Nazirin sözlərinə görə, 2010-cu ildə bir sıra vergi növü üzrə vergi dərəcələrinin azaldılması, sadələşdirilmiş vergitutma dövriyyəsinin 90 mindən 150 min manata çatdırılması planlaşdırılır. Qanun layihəsinə əsasən, büdcə gəlirlərinin əsas mənbələri sırasında Dövlət Neft Fondundan daxilolmalar (4 915 mln. manat), əlavə dəyər vergisi (1 876 mln. manat), hüquqi şəxslərin mənfəət vergisi (1 096 mln. manat), fiziki şəxslərin gəlir vergisi (680 mln. manat), aksiz üzrə (552 mln. manat) daxilolmalardır. Vergilər xətti ilə daxilolmaların 38,4%-i neft, qalanı isə qeyri-neft sektoru hesabına nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi xətti ilə vergi və rüsumlar üzrə daxilolmaların həcmi 1,1 mlrd. manat həcmində nəzərdə tutulur.
Büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri dövlət əsaslı vəsait qoyuluşları tutur. Belə ki, həmin təsnifat üzrə 3 549 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, 2010-cu ilin dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub.
İclasda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, büdcə layihəsi tərtib olunarkən konservativ yanaşma ilə neftin baza qiyməti 45 ABŞ dolları səviyyəsində götürülüb. Növbəti ilin makroiqtisadi göstəriciləri barədə məlumat verən nazir müavini qeyd edib ki, 2010-cu ildə neft sektorunda 8,3%, qeyri-neft sektorunda isə 4,94% artım gözlənilir. Gələn il Azərbaycanda 53 mln. ton neft, 27,2 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılmaqla sənayedə 7,8%-lik artım gözlənilir. Nazir müavini onu da qeyd edib ki, 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, ticarət dövriyyəsində 7,7 mlrd. dollar məbləğində müsbət saldo gözlənilir. Gələn il tədiyyə balasında da müsbət saldo olacaq və 1 mlrd. dollar təşkil edəcək.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə bildirib ki, 2009-cu ildə Azərbaycan dünya maliyyə böhranına qarşı yüksək immunitet nümayiş etdirib. Görülmüş tədbirlər nəticəsində pul-kredit göstəricilərinin kəskin azalmasının qarşısı alınıb. Pul kütləsi ilk iki rübdə 12% artıb, iqtisadiyyata 1,4 mlrd. manatadək yardım verilib.
«Böhran dövründə Mərkəzi Bank iri müəssisələrə dəstək verib. Onların xarici borclarının ödənilməsinə yardım göstərib. Hazırda Mərkəzi Bank olaraq özəl banklara yardım proqramı üzərində işləyirik», - deyə E.Rüstəmov vurğulayıb.
E.Rüstəmovun sözlərinə görə, böhrana qədər Azərbaycan bankları xaricdən 2,5 mlrd. ABŞ dolları vəsait cəlb edib və bu vəsaitin 1,5 mlrd. dollarının geri qaytarılması təmin olunub.
E.Rüstəmov dünya maliyyə böhranının davam etdiyi dövrdə tikinti şirkətlərinin fəaliyyətinin dəstəklənməsi üçün ipoteka kreditlərinin verilməsinin bərpa olunduğunu və bu günədək ümumi məbləği 61 mln. manat təşkil edən 1400 ipoteka kreditinin (150-si sosial ipoteka) verildiyini vurğulayıb.
«Böhran zamanı əksər ölkələrin milli valyutası dərin devalvasiyaya uğrayıb. Lakin manat ABŞ dollarına nisbətən 0,3% ucuzlaşıb və demək olar ki sabit qalıb. Bütövlükdə, manatın dəyəri ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən 1% möhkəmlənib», - deyə baş bankir əlavə edib.
Mərkəzi Bankın rəhbəri həmçinin bildirib ki, 2010-cu ildə əsas diqqət böhranın təsirlərinin aradan qaldırılmasına yönəldiləcək. İqtisadiyyatda likvidliyin dəstəklənməsi davam edəcək.
Xatırladaq ki, gələn ilki büdcənin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılır.
Qeyd edək ki, 2009-cu ilin büdcəsinə əsasən, gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunacağı gözlənilir.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Bakıda obyektdə yanğın başlayıb - YENİLƏNİB - FOTO - VİDEO
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Hacıqabulda açıq ərazidə yanğın başlayıb - FOTO - VİDEO
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir
Tramp: İran ordusunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır
Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb
Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Dəniz mənzərəsi, park yaxınlığı və ipoteka imkanı bir arada - “Kristal”
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək - YENİLƏNİB
Tramp xəbərdarlıq edib: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək
Yevlaxda atasını qətlə yetirən şəxsə hökm oxunub
Rusiya Duması miqrantlar üçün rüsumları artıran qanunu qəbul edib
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
Bakıda qətl törətməkdə ittiham olunan şəxsə və tanışına hökm oxunub
Pakistan ordusunun helikopteri qəzaya uğrayıb, bütün ekipaj üzvləri həlak olub
Hərbi Dəniz Qüvvələri Xəzərdə döyüş atışlı taktiki təlim keçirir
Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb: Təcili həll olunmalıdır
Oman sahillərində tankerdə yanğın baş verib, 2 heyət üzvü itkin düşüb
Ərdoğan: İsrailin Livan və Suriyaya hücumları Türkiyəni təhdid edir
"Son Zəng"lə bağlı məktəblərə təlimat göndərilib, bayağı musiqilərin səslənməsinə yol verilməyəcək
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyə Prezidenti Yunanıstan və Cənubi Kiprə xəbərdarlıq edib: Heç kim macəra axtarmasın