Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi ötən ay 1 807 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edib

Azərbaycan Vergilər Nazirliyi ötən ay 1 807 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edib
# 10 noyabr 2009 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Vergilər Nazirliyi apardığı nəzarət tədbirləri zamanı 1 807 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edib və müvafiq tədbirlər görüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə aparılan nəzarət tədbirləri zamanı 1 071 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 119 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 197 vergi ödəyicisi aşkar edilib, 184 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olması faktları müəyyən edilib.

Bundan başqa, vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 38 vergi ödəyicisində 47 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 179 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 19 vergi ödəyicisində 968,3 manat dəyərində 704 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR