Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları ilin sonuna 20 mlrd. dolları keçəcək

Azərbaycanın strateji valyuta ehtiyatları ilin sonuna 20 mlrd. dolları keçəcək
# 10 noyabr 2009 13:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının 20 mlrd. ABŞ dolları həddini keçəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə çıxışında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
«Strateji valyuta ehtiyatlarının bu həddi ölkənin 2 illik idxalını ödəyə bilər», - deyə E.Rüstəmov vurğulayıb.
Mərkəzi Bankın rəhbəri bildirib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 19 mlrd. dollar təşkil edir.
Qeyd edək ki, cari ilin əvvəlinə ölkənin strateji valyuta ehtiyatları 18 mlrd. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR