Bank Of Baku

Azərbaycanda bank kreditlərinin 30%-i ev təsərrüfatlarına ayrılıb

Azərbaycanda bank kreditlərinin 30%-i ev təsərrüfatlarına ayrılıb
# 10 noyabr 2009 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yatırılan kredit qoyuluşlarının ümumi həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 7 780,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 29,6%-i və ya 2,3 mlrd. manatı ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1 646,0 mln. manat (21,2%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 475,6 mln. manatı (6,1%), sənaye və istehsalın payına isə 544,4 mln. manatı (7,0%) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1 353,6 mln. manatı və ya 17,4%-i, kənd təsərrüfatı və emalına 367,6 mln. manatı və ya 4,7%-i, inşaat və əmlak sahəsinə 443,3 mln. manat (5,7%), digər sahələrə isə 61,7 mln. manatı və ya 0,8%-i yönəldilib.

Müqayisə üçün qeyd edək ki, cari ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlərin xüsusi çəkisi 2,5 faiz bəndi, ticarət və xidmət sahələrinə isə 5,5 faiz bəndi azalıb ki, bunun hesabına real iqtisadiyyat sahələrinə, o cümlədən energetika, kimya və təbii ehtiyatlar və kənd təsərrüfatı və emalına kreditlərin həcmi və xüsusi çəkiləri artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR