Bank Of Baku

«AccessBank» iki regional filial açmağa hazırlaşır

«AccessBank» iki regional filial açmağa hazırlaşır
# 11 noyabr 2009 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin fevral ayına kimi regionda daha iki filial açmaq niyyətindədir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filiallardan biri Bərdədə, digəri isə Gəncədə açılacaq. Bankdan bildirilib ki, Gəncədə açılacaq filial («Gəncə-2») bankın bu şəhərdə yerləşən ikinci filialı olacaq.

Hər iki yeni filialda müştərilərə mövcud bütün bank xidmətləri göstəriləcək. Qeyd edək ki, bu filiallar da daxil olmaqla, bankın respublika üzrə fəaliyyət göstərən filialların ümumi sayı 25-ə çatacaq.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib.

Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 270,313 mln. manat, depozit portfeli 41,519 mln. manat, kredit portfeli 219,395 mln. manat, məcmu kapitalı 56,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR