Bank Of Baku

Ukraynada əmək haqlarını ödəməyən 2500 vəzifəli şəxsə ölkəni tərk etmək qadağan edilib

Ukraynada əmək haqlarını ödəməyən 2500 vəzifəli şəxsə ölkəni tərk etmək qadağan edilib
# 11 noyabr 2009 08:36 (UTC +04:00)
Bakı – APA-Economics. Ukrayna Respublikasının məhkəmələri 2009-cu ilin 9 ayı ərzində 2500 vəzifəli şəxsə ölkəni tərk etməyi qadağan edib.
APA-Economics”in xəbərinə görə, bu barədə Ukraynanın ədliyyə naziri Nikolay Onişşuk keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, buna səbəb həmin vəzifəli şəxslərin əmək haqlarının ödənilməsi barədə məhkəmə qərarlarını yerinə yetirməməsidir: “Ümumiyyətlə, Ukrayna məhkəmələrində əmək haqlarının ödənilməməsi ilə bağlı hazırda 10 min iş var. Onların təxminən yarısına artıq baxılıb. Bu, ödənilməsi barədə məhkəmə qərarlarını yerinə yetirməyən digər müəssisə və təşkilatların rəhbərlərinə dərs olmalıdır”.
N.Onişşuk deyib ki, məhkəmə qərarlarını yerinə yetirməyən rəhbər şəxslər barədə məlumatlar Dövlət Sərhəd Xidmətinə göndərilib: “Hətta viza və biletləri olsa belə, onlara ölkəni tərk etmək icazəsi verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR