Bank Of Baku

Azərbaycanda 618 bank filialı fəaliyyət göstərir

Azərbaycanda 618 bank filialı fəaliyyət göstərir
# 11 noyabr 2009 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu il oktyabr ayının 1-i vəziyyətinə bank əməliyyatlarının aparılması üçün 144 kredit təşkilatının lisenziyası olub ki, bunun da 98-i bank olmayan kredit təşkilatıdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-nə ölkədə 46 bankın lisenziyası olub ki, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır.

Hazırda ölkədə xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 618 olub. Bunun 38-i dövlət, 580-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 40-a, bank şöbələrinin sayı isə 103-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR