Bank Of Baku

Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatları sırasına yeni sığorta şirkəti qoşulub

Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatları sırasına yeni sığorta şirkəti qoşulub
# 11 noyabr 2009 09:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil sığorta təşkilatları sırasına üzv olub. Bununla da fonda üzv olan müvəkkil sığorta təşkilatlarının sayı 14-ə çatıb.

«A-Group» sığorta şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bununla da şirkət fondun standartlarına uyğun olaraq dövlət ipoteka kreditlərini sığortalamaq hüququ əldə edib.

Qeyd edək ki, indiyədək 18 bank təşkilatı, 14 sığorta və 9 qiymətləndirici şirkət AİF-in müvəkkil təşkilatların sırasına qoşulub.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 5,679 mln. manat təşkil edib. Şirkətin nizamnamə kapitalı noyabrın 1-nə 1,550 mln. manata bərabər olub. Hazırda «A-Group» 14 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR