Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda M3 aqreqatının həcmi sentyabr ayında 1,5%, son bir ildə isə 2,5% azalıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir. Pul kütləsinin tərkib hissələri üzrə də azalma tendensiyası müşahidə olunub.
Belə ki, nağd pul (M0 aqreqatı) cari ilin 9 ayı ərzində 12,7%, sentyabrda 0,9%, son bir ildə isə 0,3% azalaraq 3 620,1 mln. manata çatıb:
(mln. manat)
| 01.10.2008 | 01.01.2009 | 01.09.2009 | 01.10.2009 |
M0 (nağd pul) | 3 632,3 | 4 145,7 | 3 651,9 | 3 620,1 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
4 619,3 |
5 145,0 |
4 550,3 |
4 449,2 |
M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
5 514,5 |
6 081,0 |
5 333,5 |
5 222,4 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
7 649,7 |
8 494,2 |
7 569,1 |
7 458,4 |
Göründüyü kimi, cari ilin oktyabrın 1-nə nağd pulun manatla pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 69,3% təşkil edib ki, bu da ilin əvvəlində olan göstəricidən 1,1 faiz bəndi çoxdur.