Bank Of Baku

ABŞ-da bankdan 9 mln. dollar oğurlayan hakerlər qrupu yaxalanıb

ABŞ-da bankdan 9 mln. dollar oğurlayan hakerlər qrupu yaxalanıb
# 11 noyabr 2009 10:15 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ banklarının birindən 9 mln. dollar oğurlayan Estoniya, Moldova və Rusiya vətəndaşlarından ibarət hakerlər qrupu yaxalanıb.
APA-Economics”in xəbərinə görə, təqsirləndirilən şəxslər Corciya ştatının Atlanta şəhərində “Royal Bank of Scotland”ın filialı olan “RBS WorldPay” bankının təhlükəsizlik sistemini sındıraraq, bankın müştərilərinin kartlarına giriş əldə ediblər. Nəticədə ABŞ, Rusiya, Estoniya, Ukrayna və başqa ölkələrdən bank müştərilərinin 9 mln. dolardan çox pulu hesabdan çəkilib.
Müstəntiqlər bildiriblər ki, bu, özügedən tip cinayətlər tarixində ən böyük olaylardan biri sayılır. Cinayətləri sübuta yetirilərsə, hakerləri 20 il həbs cəzası və 9,4 mln. dollar cərimə gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR