Bank Of Baku

Azərbaycanda likvid bank aktivləri məcmu depozitlərin 56%-nə bərabərdir

Azərbaycanda likvid bank aktivləri məcmu depozitlərin 56%-nə bərabərdir
# 11 noyabr 2009 10:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis likvid aktivlərinin depozitlərin ümumi həcminə nisbəti 2009-cu ilin oktyabr ayının 1-nə 55,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz bəndi çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xalis likvid aktivlərin məcmu depozitlərə nisbəti ötən ilin oktyabrın 1-nə 51,9%, cari ilin əvvəlinə isə 55% təşkil edib.

Qeyd edək ki, oktyabrın 1-nə bankların məcmu depozitləri 4,22 mlrd. manat təşkil etdiyi halda, likvid aktivlərin həcmi 2,359 mlrd. manata bərabər olub. Eyni zamanda, oktyabrın əvvəlinə aktivlərin ümumi həcmi 10,770 mlrd. manat təşkil edib və beləliklə, xalis likvid aktivlərin payına ümumi aktivlərin 22%-i düşür.

Qeyd edək ki, bankların xalis aktivləri adətən bank sistemində ən vacib göstəricilərdən biri olan əhalinin əmanətləri ilə müqayisə olunur. Çünki əmanətlər bank sistemində diqqət mərkəzində olan və qaytarılması baxımından ilk növbəli olan maliyyə vəsaitləridir və həmin müqayisə bankların bu vəsaitləri istənilən anda qaytarmaq qabiliyyətini əks etdirir. Azərbaycan bankları üzrə sözügedən nisbət bankların qaytarma qabiliyyətinin ən yüksək səviyyədə olduğunu göstərir, çünki likvid aktivlərin həcmi 2,36 mlrd. manata yaxın olduğu halda, əmanətlərin həcmi 2,12 mlrd. manat təşkil edib. Yəni, bank sistemində hər hansı faciə baş verərsə və bütün əmanətlər üzrə öhdəliklər eyni vaxtda geri çağırılarsa, banklar öz likvid aktivləri hesabına bu öhdəlikləri tam şəkildə yerinə yetirmək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR