Bank Of Baku

Azərbaycanın yeni Gömrük Məcəlləsinin layihəsi prezident administrasiyasına təqdim olunub

Azərbaycanın yeni Gömrük Məcəlləsinin layihəsi prezident administrasiyasına təqdim olunub
# 11 noyabr 2009 10:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın yeni Gömrük Məcəlləsinin layihəsi baxılmaq üçün prezident administrasiyasına təqdim olunub. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

A.Əliyevin sözlərinə görə, yeni məcəllənin yaxın vaxtlarla Milli Məclisə göndəriləcəyi gözlənilir.

Gömrük Məcəlləsinin layihəsi hazırlanarkən Ümumdünya Ticarət Təşkilatının təklifləri də nəzərə alınıb. A.Əliyev bununla yanaşı advalor (azpilləli) rüsum sisteminin tətbiqi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə göndərdiklərini də qeyd edib.

Komitə sədri sərhəd keçid məntəqələrində «vahid pəncərə» sisteminin tətbiqinin müsbət nəticələr verdiyini də bildirib. A.Əliyevin sözlərinə görə, artıq bəzi ölkələr Azərbaycanın modelini tətbiq etmək üçün Azərbaycana müraciət edib. Bu mexanizm tətbiq olunandan sonra, avtomobillər əvvəllər 2,5-3 saat müddətinə sərhədi keçdikləri halda, bu müddət artıq 20 dəqiqəyə enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR