Faiz spredi bankların faiz gəlirlərinin gəlir gətirən aktivlərin həcminə nisbətinin faiz xərclərinin faiz ödənişlərini tələb edən öhdəliklərinə nisbəti ilə fərqi kimi hesablanır.
Son illər bank sisteminin bu nisbi əmsalı ciddi dəyişkənlik nümayiş etdirir:
Qeyd edək ki, bu əmsalın azalması bir və ya bir neçə göstəricinin azalması nəticəsində baş verə bilər. Belə ki, spredin azalması faiz gəlirləri və ya faizli öhdəliklərin azalmasını və ya faiz xərcləri və gəlir gətirən aktivlərin artmasını göstərir. Faiz spredinin həddindən artıq yüksək olması adətən bank sistemində bazar şəraitinə uyğun olmayan, sprekulyativ və süni bank gəlirlərinin şişirdildiyini göstərir ki, Azərbaycanda bu əmsalın kiçik olması həmin halların mövcud olmadığını əks etdirir.