Bank Of Baku

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi
# 11 noyabr 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2009-cu ilin oktyabr ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanmasına başlayır.

Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2009-cu il oktyabr ayının 1-nə olan aktivlərin həcminə görə sıralanıb:

(mln. AZN)

Banklar

 

Aktivlər

1

Azərbaycan Beynəlxalq Bankı

4 758,574

2

Bank Standard

517,655

3

Texnika Bank

449,996

4

Kapital Bank

449,217

5

Xalg Bank

441,520

6

Bank Respublika

364,472

7

UniBank

345,043

8

AccessBank

270,313

9

DəmirBank

251,011

10

Paşa Bank

250,040

11

AGBank

227,339

12

Nikoil Bank

218,097

13

AtaBank

188,685

14

Bank of Baku

179,299

15

Zamin Bank

162,066

16

Bank of Azerbaijan

144,531

17

YapıKredi Bank Azerbaijan

138,469

18

Royal Bank

135,555

19

Muğan Bank

130,618

20

Azərbaycan Sənaye Bankı

107,664

21

Turan Bank

101,30

22

Rabitabank

86,136

23

Parabank

74,457

24

Əmrahbank

63,094

25

Kredo Bank

57,913

26

Birlik Bank

51,552

27

Azər-Türk Bank

49,706

28

NBCBank

49,258

29

Azərnəqliyyatbank

49,127

30

Gəncəbank

36,433

31

Bank Avrasiya

36,104

32

Qafqaz İnkişaf Bankı

35,302

33

Atrabank

34,768

34

United Credit Bank

34,527

35

Günaybank

31,910

36

Deka Bank

31,828

37

Melli İran Bankı - Bakı

30,731

38

Azərbaycan Kredit Bankı

27,395

39

Kövsər Bank

17,336




Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 39 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.

Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 5,923 mlrd. ABŞ dolları) ölçülür.

Cədvəldən göründüyü kimi, yalnız 12 bankın aktivlərinin həcmi 200 mln. manat (01.10.2009-cu il vəziyyətinə - 248,942 mln. ABŞ dolları), 21 bankın aktivləri - 100 mln. manat həddini (124,471 mln. ABŞ dolları), daha 5 bankın aktivlərinin həcmi isə 50 mln. manat (62,235 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR