Bank Of Baku

“Mbask” sığorta şirkətinin işi tam avtomatlaşdırılıb

“Mbask” sığorta şirkətinin işi tam avtomatlaşdırılıb
# 11 noyabr 2009 12:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Rusiyanın “Fors” şirkəti Azərbaycanın “Mbask” sığorta şirkətinin işinin avtomatlaşdırılmasını başa çatdırıb.

«APA-Economics»in məlumatına görə, sığorta şirkətinin fəaliyyəti Bolqarıstanın “Fadata” təchizatçısının “İnsis” proqram təminatı əsasında avtomatlaşdırılıb.

Qeyd edək ki, bu, Azərbaycanda sığorta sahəsində biznes-proseslərin avtomatlaşdırılması üzrə ilk tamamlanmış layihədir. Layihənin həyata keçirilməsi üzrə müqavilənin qiyməti 500 min dolardan çox olub. Şirkətin iri səhmdarlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi avtomatlaşdırılmış uçot sisteminin yaradılması olub. Bu, şirkətin Azərbaycan sığorta bazarında lider mövqeyinin gücləndirilməsi və gələcək strateji hədəflərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.

Sistem 2,5 il ərzində yaradılıb, ilkin mərhələdə sığorta sənədlərinin, mövcud İT-infrastrukturun təhlili aparılıb və digər fəaliyyət istiqamətləri müəyyən edilib. İkinci mərhələdə “İnsis” proqram təminatının funksional imkanlarının sifarişçinin tələblərinə uyğun olaraq köklənməsi üzərində işlər aparılıb, bu ilin əvvəlindən isə sistem təcrübə istismarına buraxılıb. Sistemin həlli Oracle texnologiyası əsasında qurulub və modul arxitektura malikdir. “Fors” şirkəti bu ilin sonunadək sistemin texniki dəstəyini həyata keçirəcək.

Hazırda “Mbask” şirkətinin biznes-prosesləri ilə yanaşı, şirkətdə yaradılan bütün sığorta məhsullarının, fərdi, kollektiv və həyat sığortası müqavilələrini daxil etməklə, biznes-logikası da avtomatlaşdırılıb. Bununla yanaşı, mükafatlar, agent mükafatları, ödənişlər və təkrar sığorta üzrə tranzaksiyalar avtomatik həyata keçirilir. Şirkət fəaliyyətinin effektivliyinin operativ təhlilini aparmaq, bunun nəticəsində istehsal xərclərinin azalması və rentabelliyin artırılması imkanını əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR