Bank Of Baku

Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə ilk regional ofisi açılacaq

Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə ilk regional ofisi açılacaq
# 11 noyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında Potensialın Gücləndirilməsi üzrə ÜGT-nin Regional Ofisinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədi DGK sədri Aydın Əliyev və ÜGT-nin Potensialın Gücləndirilməsi Direktorluğunun Avropa regionu üzrə icraçı rəhbəri Vitali Mikeladze imzalayıb.

A.Əliyev bildirib ki, Bakıda Potensialın Gücləndirilməsi üzrə ÜGT-nin Regional Ofisinin yaradılmasına dair qərar Gömrük Əməkdaşlıq Şurasının iyunun 25-dən 27-dək Brüsseldə keçirilən 113-114-cü sessiyalarında qəbul edilib. Bu, təşkilatın Avropa üzrə yeganə Potensialın Gücləndirilməsi üzrə Regional Ofisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR