Bank Of Baku

Milli Büdcə Qrupu 2010-cu il dövlət büdcəsi layihəsini müzakirə edib

Milli Büdcə Qrupu 2010-cu il dövlət büdcəsi layihəsini müzakirə edib
# 11 noyabr 2009 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Milli Büdcə Qrupu (MBQ) 2010-cu ilin dövlət büdcəsi layihəsinin gəlir və xərcləri ilə bağlı tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə iqtisadçı İnqilab Əhmədov qonaqlara büdcənin gəlir və xərcləri barədə qısa məlumat verib.

Daha sonra MBQ-nin İdarə Heyətinin üzvü Zöhrab İsmayıl 2010-cu ilin dövlət büdcəsi layihəsinin gəlir və xərcləri ilə bağlı hazırladığı rəylə bağlı geniş çıxış edib. Onun sözlərinə görə, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri cari ilin təsdiqlənmiş büdcə gəlirləri ilə müqayisədə 18,9% azaldılaraq 10,015 mlrd. manat, xərcləri isə 8,8% azalaraq 11,264 mlrd. manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1,249 mlrd. manat və ya ÜDM-in 4%-i səviyyəsində müəyyənləşdirilib.

Z.İsmayıl bildirib ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri kəskin azalacaq. Belə ki, bu il dövlət büdcəsinin icrasını şərtləndirən makroiqtisadi şəraitin gərginləşməsi, qlobal maliyyə böhranın milli iqtisadiyyata mənfi təsiri nəticəsində təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan hökumətini 2010-cu ilin dövlət büdcəsində indiyə qədər mövcud olan artım tempindən imtina etməyə və gələn ilin büdcəsini builki büdcənin beşdə biri qədər azaltmağa məcbur edib.

Z.İsmayıl dövlət büdcəsinin xərclərində də azalmaların olduğunu qeyd edib: «Azalma 2009-cu illə müqayisədə 8,8% təşkil edəcək və əsasən özünü sosial sahədə, kənd təsərrüfatında, dövlət əsaslı vəsait qoyuluşunda, nəqliyyat və rabitə, həmçinin ehtiyat fondlarında göstərəcək. Bununla belə, gələn il büdcənin bir sıra xərc maddələri – ümumdövlət xidmət xərcləri, hüquq-mühafizə orqanlarının saxlanması xərcləri, Dövlət Sosial Müdafiə Fonduna transfertlər, iqtisadi fəaliyyətlə bağlı xərclər və dövlət zəmanəti ilə alınan kreditlərə Təminat Fondunun vəsaitləri artacaq».

Təqdimatın sonunda Z.İsmayıl MBQ-nun 2010-cu il büdcə qanunun layihəsi ilə bağlı bir sıra təklif və tövsiyələri zəruri hesab etdiyini vurğulayıb. Bu tövsiyələrin birində 2010-cu il dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində müəyyənləşdirilməsinin real proqnozlara söykənmədiyi və böyük ehtimalla hökuməti növbəti ilin ortalarında büdcəni yenidən hesablamağa vadar edəcəyi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR