Bank Of Baku

«Bank Respublika»da yerləşdirilən əhalinin əmanətləri 49% artıb

«Bank Respublika»da yerləşdirilən əhalinin əmanətləri 49% artıb
# 12 noyabr 2009 07:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin noyabr ayının 1-nə 363,7 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 226,95 mln. manata, müştəri hesablarında olan vəsaitlər 17,9% artaraq 160,1 mln. manata, fiziki şəxslərin əmanətləri 40,9% artaraq 111,9 mln. manata, əhalinin əmanətləri isə 49% artaraq 95,6 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında bankın gəlirləri 47,3 mln. manat, xərcləri isə 38,6 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 8,7 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalında «25% + 1 səhm» payına sahib olan Almaniyanın iki iri maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR