Bank Of Baku

«MBASK» sığorta şirkəti müştərilər yeni endirim kampaniyasına başlayıb

«MBASK» sığorta şirkəti müştərilər yeni endirim kampaniyasına başlayıb
# 12 noyabr 2009 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti müştərilər üçün «Mən Şanslıyam» adlı yeni kampaniyaya başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin dekabr ayının 31-dək davam edəcək kampaniyada müştəri öz avtomobilini «MBASK»da sığortalayaraq 50%-dək endirim əldə etmək imkanı qazanır.

«Mən Şanslıyam» kampaniyası avtomobil sahibinin sürücülük təcrübəsindən və yaşından, avtomobilin dəyərindən və modelindən, habelə şirkətə müraciət etməyin tarixindən asılı olaraq, avtomobil sığortası üzrə 50% endirim nəzərdə tutur. Belə ki, noyabr ayının 30-dək müraciət edən müştərilər dərhal 10% endirim əldə edəcəklər, endirimin qalan 40%-i isə yuxarıda sadalanan amillərdən asılı olacaq.

Qeyd edək ki, 50%-ə qədər endirim «MBASK» şirkətinin qüvvədə olan tariflərinə də tətbiq edilir. Yəni, «MBASK» şirkətinə müraciət edən istənilən müştəri avtomobil sığortası üzrə mükafatın hesabını bu gün qüvvədə olan tariflərə müvafiq olaraq əldə edəcək və müştəri «Mən Şanslıyam» kampaniyasında iştirak etmək arzusunda olduqda, artıq alınmış mükafata münasibətdə müvafiq endirim tətbiq ediləcək. Beləliklə, hər bir müştəri ona çatmalı olan endirimin məhz onun sorğusuna əsasən fərdi qaydada hesablanmasına əyani surətdə əmin olmaq imkanı əldə edəcək.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR