Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artır

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artır
# 12 noyabr 2009 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılan bankomatların (ATM) ümumi sayı 2009-cu ilin oktyabr ayının 1-nə 1 638 vahid təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 bankomat və ya 11,6% artıb. Oktyabrın 1-nə fəaliyyət göstərən bankomatların 918-i və ya 56%-i Bakıda, qalanı isə regionlarda quraşdırılıb.

Bu dövrdə Azərbaycan üzrə POS-terminalların ümumi sayı 8 519 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 864 ədəd və ya 11,3% çoxdur. Cari dövrdə POS-terminalların 7 737-si Bakı şəhərində, 782-si isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR