Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası SEEP mikro-maliyyə şəbəkəsinin Direktorlar Şurasına üzv seçilib

Azərbaycan Mikromaliyyə Assosiasiyası SEEP mikro-maliyyə şəbəkəsinin Direktorlar Şurasına üzv seçilib
# 12 noyabr 2009 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) «The Small Enterprise Education and Promotion» (SEEP) qlobal mikro-maliyyə şəbəkəsinin Direktorlar Şurasına üzv seçilib.

AMA-nın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı qərar SEEP-in ötən həftə keçirilən illik yığıncağında qəbul edilib.

Qeyd edək ki, Assosiasiya beynəlxalq qurumun Direktorlar Şurasına seçilən ölkə səviyyəli ilk mikro-maliyyə şəbəkəsidir. AMA SEEP-dən başqa digər iki şəbəkəyə - SANABEL (ərəb ölkələrini təmsil edir) və Uqandanın Mikromaliyyə İnstitutları Assosiasiyasına (Afrika ölkələri) üzv olub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR