Bank Of Baku

Azərbaycanda polis əməkdaşlarına ödənilən mükafatların maksimal məbləği artırılıb

Azərbaycanda polis əməkdaşlarına ödənilən mükafatların maksimal məbləği artırılıb
# 12 noyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaları»na dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin təklifi əsasında edilmiş dəyişikliyə əsasən, nazirliyin rəhbərliyi müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaq şərti ilə əlavələr təyin edə biləcək.

Qeyd edək ki, dəyişikliyə qədər Daxili İşlər Nazirliyinin rəhbərliyinə müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat vermək, habelə onlara əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25%-dən çox olmamaqla əlavələr təyin etmək ixtiyarı verilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR