Bank Of Baku

Azərbaycanda nağd rubl üzrə əməliyyatlarda satış alışı üstələyir

Azərbaycanda nağd rubl üzrə əməliyyatlarda satış alışı üstələyir
# 12 noyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Rusiya rublu ilə nağd əməliyyatların həcmi 2009-cu ilin sentyabr ayında 154 206 300 rubl təşkil edib ki, bunun 128 940 900 rublu əhali tərəfindən satılan, 25 265 400 rublu isə alınan pul kütləsinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 717 463 300 rubl satılıb, 147 336 800 rubl isə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi tərəfindən satılan nağd rubl kütləsinin həcmi 16,7% azalıb, alışı isə 61,3% artırıb.

Göründüyü kimi, rubl üzrə nağd əməliyyatlarda satışın alışı üstələməsi tendensiyası mövcuddur. Qeyd edək ki, Azərbaycanın nağd valyuta bazarında mövcud olan bütün xarici valyutalar üzrə tam əks nisbət müşahidə olunur. Belə ki, dollar, avro və İngiltərə funtu üzrə alış satışı dəfələrlə üstələyir. Rubl üzrə isə alış və satış həcmlərinin nisbətinin bundan tam fərqli olmasının əsas səbəbi Rusiyadan Azərbaycana gələnlərin sərəncamında rublun qalması və bu vəsaitlərin Azərbaycanda milli valyutaya konvertasiyası ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR