Bank Of Baku

Azərbaycanda nağd funtla əməliyyatların həcmi kəskin artıb

Azərbaycanda nağd funtla əməliyyatların həcmi kəskin artıb
# 12 noyabr 2009 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Britaniya funt sterlinqi ilə aparılan nağd əməliyyatların həcmi 2009-cu ilin sentyabr ayında 1 830 800 funt təşkil edib ki, bunun 201 400 funtu əhali tərəfindən satılıb, 1 629 400 funtu isə alınıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 1 346 500 funt satılıb, 11 784 900 funt isə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd funtun satışı və alışını müvafiq olaraq 2,2 dəfə artırıb. Hətta cari ilin 9 aylıq göstəriciləri bütün ötən ilin ümumi göstəricilərini üstələyib. Belə ki, əhali tərəfindən nağd funtun satışı üzrə üstələmə 52,4%, alış üzrə isə 35,6% təşkil edir.

Qeyd edək ki, bu tendensiya artıq davamlı xarakter alıb. Məsələn, 2008-ci ilin satış üzrə göstəricisi əvvəlki ilin göstəricisindən 40%, alış göstəricisi isə 91% artıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR