Bank Of Baku

«DəmirBank» istehlak kreditləşməsi proqramını genişləndirir

«DəmirBank» istehlak kreditləşməsi proqramını genişləndirir
# 18 yanvar 2010 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ofis mebeli istehsalçısı olan «İdeal Dizayn» şirkəti ilə əməkdaşlığı çərçivəsində ofis mebelinin kreditləşməsinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ofis mebelinin alınması üçün kreditlər müştərilrə sərfəli şərtlərlə təqdim edilir. Belə ki, mebel kreditləri 3-24 ay müddətinə, illik 24% dərəcəsi ilə 500-20 000 manat məbləğində verilir. Hazırda ofis mebelinin kreditləşməsini bankın Bakıdakı «Nərimanov» və «Xəzər» filialları həyata keçirir. Layihənin inkişafı məqsədi ilə gələcəkdə bankın digər filiallarının da layihəyə qoşulması gözlənilir.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR