Bank Of Baku

«Bank of Azerbaijan»ın ən iri filialı açılıb

«Bank of Azerbaijan»ın ən iri filialı açılıb
# 18 yanvar 2010 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Bank of Azerbaijan» ASC-nin Bakıda sahəcə (560 kv. metr) ən iri filialı istifadəyə verilib. «APA-Economics»in məlumatına görə, filialın açılış mərasimində bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib ki, bu cür iri filialın açılışı bankın 2009-cu ilin əvvəlindən həyata keçirdiyi filiallar şəbəkəsinin optimallaşdırılması siyasətinin davamıdır. «Biz ötən ilin əvvəlindən başlayaraq filiallar şəbəkəsinin optimallaşdırılması prosesinə başlamışıq. Bu proses mövcud olan filialların iriləşdirilməsini, Bakı və regionlarda yeni filialların açılmasını nəzərdə tutur. Bankın bu filialı 4 filialın - 2 saylı, 8 saylı 15 saylı və 5 saylı filialların birləşdirilməsi nəticəsində yaranıb. Biz əminik ki, bankımız müştərilərə ən yaxşı, yəni daha böyük və rahat filiallarda xidmət göstərməlidir», - deyə X.Şərifzadə bildirib.

X.Şərifzadənin sözlərinə görə, 30-a qədər işçinin çalışacağı bu filialda VİP xidmət və bütün növ bank xidmətləri göstəriləcək: «Ümumiyyətlə, əhalinin rahatlığını nəzərə alan bank gələcək də metro stansiyalarının yaxınlığınıda və əhalinin sıx yerləşdiyi ərazilərdə iri filialların açılışını davam etdirəcək. Yaxın günlərdə bank «Gənclik» metro stansiyasının yaxınlığında yerləşən iri filial açmağı planlaşdırır».

Qeyd edək ki, bank tərəfindən uzunmüddətli icarəyə götürülmüş bu bina Bakı şəhəri, Landau küçəsi,6 ünvanında yerləşir.

Xatırladaq ki, səhmdarları «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 12 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR