Bank Of Baku

«Alfa Sığorta» nizamnamə kapitalını artırır

«Alfa Sığorta» nizamnamə kapitalını artırır
# 18 yanvar 2010 13:54 (UTC +04:00)
Bakı. Elnur Hüeynqyluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» ASC cari ilin fevral ayının 2-dən etibarən Bakı Fond Birjasında (BFB) əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, AZ100100887P seriyası ilə dövlət qeydiyyatından keçən emissiyanın ümumi həcmi 1,4 mln. manat, səhmlərin ümumi sayı 1400 ədəd, bir səhmin nominal dəyəri isə 1 000 manatdır. Anderrayter rolunda «Texnika Capital Management» şirkəti çıxış edir.

Qeyd edək ki, emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə şirkətin nizamnamə kapitalı 82,4% artaraq 3,1 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «Texnikabank» olan «Alfa Sığorta» şirkəti (əvvəlki «Murad İnsurance») 1997-ci ildən fəaliyyət göstərir. Şirkət 21 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR