Bank Of Baku

«NBC Bank» ötən il kredit portfelini 21% artırıb

«NBC Bank» ötən il kredit portfelini 21% artırıb
# 18 yanvar 2010 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 44,659 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 12,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində bankın kredit portfeli 20,7% artaraq 41,252 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 13,4% artaraq 36,447 mln. manat olub. Bu müdət ərzində bankın məcmu kapitalı 17,4% artaraq 17,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,8% artaraq 15,598 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 17,994 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 72,9% çoxdur. Həmçinin, bankın xərcləri 2008-ci ilə nisbətən 76,1% artaraq 17,521 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2008-ci ilin yekunu ilə müqayisədə 3,1% artaraq 473 min manata çatıb.

Ötən il ərzində bankın müştərilərinin sayı 27,2% artaraq 12 714 nəfər, işçilərin sayı 4,4% artaraq 142 nəfər, orta aylıq əmək haqqı isə 1,3% azalaraq 375 manat təşkil edib.

«NBCBank» ASC 1992-ci ilin dekabrında «Ruzi Bank» kimi fəaliyyətə başlayıb. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR