Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda gələn il iqtisadi artım tempi yüksələcək

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda gələn il iqtisadi artım tempi yüksələcək
# 18 yanvar 2010 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində islahatların gedişi və iqtisadi inkişafa dair 2009-cu il üzrə yenilənmiş hesabat hazırlayıb.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Hesabata əsasən, Azərbaycan iqtisadiyyatında 2008-ci ildəki 10,8% artımdan sonra 2009-cu ildə 5% artım müşahidə olunacaq, 2010-cu ildə isə iqtisadiyyatda 7,1% artımın olacağı gözlənilir: «Kiçik həcmli maliyyə sisteminə malik olan, böhranın təsirinə az məruz qalmış və artım göstəriciləri əsasən əmtəə hesabına formalaşmış əmtəə ilə zəngin olan Azərbaycan, Monqolustan, Türkmənistan və Özbəkistan kimi ölkələrdə 2010-cu ildə artım tempinin daha da sürətlənəcəyi gözlənilir».

Sənəddə həmçinin qeyd olunub ki, 2010-ci ildə ölkələr arasında istehsal həcminin artması üzrə göstəricilərdə əhəmiyyətli fərqlər olacaq, bu da region üzrə orta artım tempini 2,5% civarında göstərəcək.

«Aydındır ki, qlobal iqtisadi böhranın sosial sahəyə təsiri fonunda korporativ müflisləşmə və işsizlik səviyyəsinin artmasının növbəti ildə davam edəcək. AYİB-in fəaliyyət göstərdiyi regionda ortamüddətli artımın son onillik ərzində müşahidə olunan trendlərdən daha aşağı olacağı güman edilir», - deyə AYİB-in baş iqtisadçısı Erik Berqlof bildirib.

Qeyd edək ki, cari ilin yanvarın 26-da Bakıda AYİB-in yenilənmiş hesabatının təqdimatı keçiriləcək. Təqdimatı AYİB-in Azərbaycan üzrə baş mütəxəssisi xanım Anita Taçi keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR