Bank Of Baku

Asiya İnkişaf Bankının CAREC Proqramı üzrə məsləhətçisi Azərbaycana gəlib

Asiya İnkişaf Bankının CAREC Proqramı üzrə məsləhətçisi Azərbaycana gəlib
# 18 yanvar 2010 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə məsləhətçisi Endi Tze (Andy Sze) Azərbaycana gəlib.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bankın CAREC üzrə mütəxəssisi Azərbaycan Nəqliyyat Nazirliyi, TRACECA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Bakı ofisi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyasiyasının (ABADA) nümayəndələri ilə görüşlər keçirəcək və mövcud vəziyyəti öyrənəcək. AİB-in nümayəndəsinin səfəri yanvarın 22-dək davam edəcək.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR