Bank Of Baku

Qlobal maliyyə böhranı Şərqi Avropa ölkələrində ciddi problemlər yaratmayıb

Qlobal maliyyə böhranı Şərqi Avropa ölkələrində ciddi problemlər yaratmayıb
# 18 yanvar 2010 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qlobal maliyyə böhranı Şərqi Avropa ölkələrinin iqtisadiyyatında aparılan islahatlara bir qədər mənfi təsir göstərsə də, ciddi problemlər müşahidə olunmayıb. «APA-Economics»in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2009-ci il üzrə yenilənmiş hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, Şərqi Avropa ölkələrində aparılan islahatlarda geriləmə müşahidə olunmayıb və ölkə hökumətləri islahatların aparılmasını davam etdirir.

Sənəddə həmçinin bildirilir ki, keçid dövrünü yaşayan ölkələr maliyyə böhranından əziyyət çəkib, lakin «keçid»in özü böhrana tab gətirə bilib.

AYİB-in baş iqtisadçısı Erik Berqlofun sözlərinə görə, regionda iqtisadi inkişafın əsas modeli böhrandan vaz keçə bilib, eyni zamanda modelin əsas problemləri üzə çıxıb ki, bundan nəticələr çıxarmaq gərəkdir.

Hesabatda qeyd olunub ki, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin əsas maliyyə problemləri dünya bazarlarında xammalın qiymətinin kəskin dəyişkənliyi nəticəsində valyuta daxilolmalarının azalması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR