Bank Of Baku

Asiya İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gəlib

Asiya İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gəlib
# 19 yanvar 2010 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) özəl sektor üzrə missiyası Azərbaycana gəlib. Bu barədə «APA-Economics»ə AİB-in Bakıdakı ofisindən məlumat verilib.

«Missiyaya AİB-in özəl sektorda əməliyyatlar şöbəsinin investisiya üzrə mütəxəssisi Biao Xuang (Biao Huang) başçılıq edir. Yanvarın 22-dək davam edəcək səfər çərçivəsində AİB-in nümayəndəsi Azərbaycan Beynəlxalq Bankı, «Bank Respublika», «AGBank», «Bank of Baku», «DəmirBank» və «Access Bank»da görüşlər keçirib, ölkənin maliyyə bazarının mövcud vəziyyəti ilə tanış olacaq», - deyə AİB-in Bakı ofisindən bildirilib.

Xatırladaq ki, hazırda AİB Azərbaycan Beynəlxalq Bankı, «Bank Respublika», «Bank of Baku» və digər banklarla əməkdaşlıq edərək bu qurumlara kredit şəklində maliyyə yardımı göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR