Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti ötən il daxlolmalarını 28% artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti ötən il daxlolmalarını 28% artırıb
# 19 yanvar 2010 06:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi 4,513 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 28,2% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 7,6% azalaraq 803,495 min manata çatıb.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə topladığı haqların həcmi 4,114 mln. manat, icbari sığorta növləri üzrə isə 399,343 min manat təşklil edib.

Daxilolmaların strukturunda 1,922 mln. manat «Yüklərin (nəqliyyat) sığortası», 698,677 min manat «Tibbi sığorta», 389,925 min manat «Yanğından icbari sığorta» və 184,125 min manat «Fərdi qəza və xəstəlik sığortası» növlərinin payına düşüb.

Ödənişlərə gəldikdə isə, ötən il ərzində ən çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» növü üzrə ödənilib. Belə ki, bu sığorta növü üzrə ödənişin həcmi 585,751 min manat təşkil edib ki, bunun da ümumi ödənişlərdə xüsusi çəkisi 72,9% olub. Sonrakı yerləri «Avtonəqliyyat vasitələrinin sığortası» (125,005 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (81,798 min manat) və «Fərdi qəza və xəstəlik sığortası» (7,347 min manat) növləri tutub.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» (CI Insurance) brendi ilə tanınıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR