Bank Of Baku

«Texnika Leasing» ötən il lizinq portfelini 1% azaldıb

«Texnika Leasing» ötən il lizinq portfelini 1% azaldıb
# 19 yanvar 2010 09:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» QSC-nin lizinq portfelinin həcmi 2010-cu ilin yavnar ayının 1-nə 4,005 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 0,7% azdır.

Şirkətin baş mühasibi Bilal Ruhullazadənin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 19,6% artaraq 55-ə çatıb. Lizinq portfelinin diversifikasiyasına gəldikdə isə portfelin 80%-i xüsusi təyinatlı yük avtomobilləri, 16%-i minik avtomobilləri və 4%-i digər sahələrin payına düşüb.

Bu müddət ərzində şirkətin nizamnamə kapitalı 11,5 dəfə artaraq 2,5 mln. manata çatıb.

Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19%, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır. Şirkətin fəaliyyət dairəsi yalnız Abşeron iqtisadi rayonunu əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR