Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi ötən il 14% artıb

Azərbaycanda bank aktivlərinin həcmi ötən il 14% artıb
# 19 yanvar 2010 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 2009-cu il ərzində 14%, kreditləri 17%, əmanətləri 23%, kapitalı isə 18% artıb. «APA-Economic»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, böhrandan qabaqkı iqtisadi yüksəliş dövründə bankların toplam aktivləri 13 mlrd. ABŞ dollarına bərabər olub. «Mərkəzi Bank tərəfindən böhrandan öncə bir sıra qabaqlayıcı tədbir görülüb. Bundan ən başlıcası, bankların xarici borclarının məhdudlaşdırılması olub. Bir çox ölkə bunu vaxtında edə bilməyib. Onların xarici borclarının səviyyəsi təxminən ümumi daxili məhsulun 50-100% səviyyəsinə gəlib çatıb. Böhran dövründə bu pullar, «qızmış pullar» təcili olaraq geri çağırılıb. Bu gün də bu dövlətlər nəinki öz maliyyə sektorunu, hətta özlərinin bütövlükdə makroiqtisadi situasiyasında vəziyyəti normallaşdıra bilməyib», - deyə AMB sədri vurğulayıb.

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda bu borclar təxminən milli məhsulun 5%-i səviyyəsində dayandırılıb: «Biz buna əlavə vergi tətbiq etdik və bunun nəticəsində bu pullar bahalaşdı və borclanma dayandırılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR