Bank Of Baku

«Access Bank»ın depozit portfeli ötən il 3 dəfə genişlənib

«Access Bank»ın depozit portfeli ötən il 3 dəfə genişlənib
# 19 yanvar 2010 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 375 mln. ABŞ dolları təşkil edib edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 55% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 43% artaraq 297 mln. dollar, depozit portfeli isə 3,1 dəfə genişlənərək 82 mln. dolları ötüb.

«Access Bank»ın baş meneceri Endryu Pospilovskinin sözlərinə görə, 2009-cu ilin mürəkkəb iqtisadi şəraiti bank və onun işçi heyətinə öz gücünü təsdiq etməyə imkan yaradıb: «Müştərilər tərəfindən təsdiqlənən bu göstərici öz növbəsində depozit və kredit portfeli, eləcə də bütün fəaliyyət istiqamətləri üzrə fəal artımda öz əyani təzahürünü tapıb».

Qeyd edək ki, 2009-cu il bankın nailiyyələrinin qiymətləndirilməsi baxımından da məhsuldar il olub. Belə ki, ötən ilin əvvəlində «Microfinance Information Exchange, Inc.» təşkilatının «2008 Global 100 Composite» hesabatında dünyanın 100 ən yaxşı mikromaliyyələşdirmə institutu arasında «Access Bank» 41-ci yeri tutub. Bundan başqa, «Fitch Ratings» agentliyi «Access Bank»ın «BB+» reytinq dərəcəsini təsdiq edib, başqa sözlə, bankın reytinqi dəyişmədən Azərbaycanın özəl bankları arasında ən yüksək reytinq olaraq qalıb.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR