Bank Of Baku

ABŞ prezidenti məktəblərin inkişafı üçün Konqresdən 1,35 mlrd. dollar istəyir

ABŞ prezidenti məktəblərin inkişafı üçün Konqresdən 1,35 mlrd. dollar istəyir
# 19 yanvar 2010 12:10 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama Konqresdən məktəblərin islahatı proqramı üçün 1,35 mlrd. dollar vəsait ayrılmasını istəmək niyyətindədir.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, bu, 2011-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapacaq.

Qeyd edək ki, iqtisadiyyatın stimullaşdırılması planı üzrə “Birincilik yarışı” (Race to the Top) adlı proqrama artıq 4,3 mlrd. dollar ayrılıb. Proqram müsabiqə əsasında əvvəlcə ştatlara, sonra isə məktəblərə dotasiya ayrılmasını nəzərdə tutur. Qalibləri aprel ayında açıqlanacaq proqram çərçivəsində maliyyələşməyə 30-dan artıq ştat iddiaçıdır.

Obama administrasiyasından bildirilib ki, prezident əlavə 1,35 mlrd. dollar vəsaiti müsabiqədə qalib gələ bilməyən məktəblər üçün “mükafat”, eləcə də məktəb dairələri arasında xüsusi müsabiqə məqsədilə sərf etmək niyyətindədir. ABŞ prezidenti “Birincilik yarışı” vasitəsilə məktəb təhsili sistemini yarış relslərinə çıxarmaq, bununla da federal maliyyələşdirməni ştatlarını və ayrılıqda məktəb dairələrinin uğurlarına uyğun aparmaq istəyir.

Bundan başqa, müəllimlərin əməyinin onların şagirdlərinin testləşdirilməsinin nəticələrini uyğun aparılacağı, həmçinin dövlətdən yardım alan, amma dairə məktəb şuralarından müstəqil fəaliyyət göstərən “çarter məktəblər”in açılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR