Bank Of Baku

Azərbaycana göndərilən pul baratlarının həcmi son bir ildə 20% azalıb

Azərbaycana göndərilən pul baratlarının həcmi son bir ildə 20% azalıb
# 19 yanvar 2010 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Ötən il ərzində qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəratində Azərbaycanda fəaliyyət göstərən bankların, milli şirkətlərin xaricdən borcalmaları, onların yenidən maliyyələşdirilməsi nəinki məhdudlaşıb, hətta bir sıra borcların vaxtından əvvəl qaytarılması tələb olunub. Belə bir şəraitdə təkcə Azərbaycan bankları il ərzində 1,2 mlrd. ABŞ dolları həcmində xarici borc qaytarıb. «APA-Economic»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, 2009-cu il ərzində iqtisadi artımın digər maliyyə mənbələri də sıxıntı keçirib. Belə ki, xaricdə yaşayan soydaşların pul baratları 2008-ci ildə təxminən 1 mlrd. dollar təşkil etdiyi halda, ötən il ərzində bu baratların həcmi xarici ölkələrdəki maliyyə problemləri ilə əlaqədar 20%-ə qədər azalıb.

E.Rüstəmov bildirib ki, belə bir şəraitdə milli iqtisadiyyat bir sıra mühüm risklərlə qarşılaşıb: «Bu risklərdən danışarkən ilk növbədə makroiqtisadi sabitliyin pozulması, yəni başqa ölkələrdə olduğu kimi, milli valyutanın devalvasiyası, yüksək inflyasiyanın daha da sürətlənməsi və nəticədə əhalinin sosial vəziyyətinin pisləşməsi riskini qeyd etmək lazımdır».

Baş bankir hesab edir ki, ikinci problem isə maliyyə-bank sistemində sabitliyin pozulması riski ilə bağlıdır. Dünyada baş vermiş bu proseslərin nəticəsi olaraq, maliyyə sistemi əhəmiyyətli psixoloji və iqtisadi təsirlərə məruz qalıb. Bum dövründə bu banklar və bir sıra şirkət, o cümlədən dövlət şirkətləri çox böyük investisiya və inkişaf proqramları reallaşdırıb və bu, əhəmiyyətli dərəcədə beynəlxalq bazarlara arxalanıb. Belə bir şəraitdə həmin şirkət və banklar çox ciddi risklərə məruz qalıb. Nəticədə, yüksək iqtisadi artım tempinin itirilməsi, yaradılmış işlərin əhəmiyyətinin azalması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər əldə olunmuş nəticələrdən geri çəkilmək kimi risk yaranıb. E.Rüstəmov qeyd edib ki, bu mənfi təsirlərə, risklərə baxmayaraq, ölkə iqtisadiyyatı qlobal böhrana kifayət qədər dayanıqlılıq və dözümlülük nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR