Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən il 15% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən il 15%  artıb
# 19 yanvar 2010 12:20 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2009-cu il ərzində 1,6 mlrd. manat təşkil edib. Əvvəlki ilə nisbətən Fondun gəlirləri 205 mln. manat və ya 14,7% artıb. İlkin məlumatlara əsasən, sosial sığorta haqları üzrə daxilolmalar 8,3% artaraq 1,037 mlrd. manata çatıb ki, bunun da 56%-i qeyri-büdcə təşkilatlarının payına düşür. «APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

Hesabat dövründə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslərdən sosial sığorta haqları üzrə daxilolmalar 25%, torpaq mülkiyyətçiləri üzrə isə 23% artıb.

Dünya iqtisadi sistemində baş verən proseslərlə bağlı həyata keçirilən tədbirlər nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması səbəbindən əməkhaqqının yalnız real artımı, eləcə də bir sıra iri tədiyyəçilərin həyata keçirdiyi işçi sayının optimallaşdırılması tədbirləri fondun gəlirlərinin qeyd olunan əsaslarda formalaşmasını şərtləndirib. Belə bir şəraitdə DSMF Nazirlər Kabineti və Maliyyə Nazirliyi ilə birlikdə pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirib. Belə ki, 2009-cu ilin əvvəlinə fondun hesabında olan 91 mln. manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olan sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 mln. manat vəsait pensiyaların ödənişinə yönəldilib və dekabrın 29-na il üzrə maliyyələşmələr tamamilə başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR