Bank Of Baku

«TBC Kredit» bu il kredit portfelini 30 mln. dollara çatdıracaq

«TBC Kredit» bu il  kredit portfelini 30 mln. dollara çatdıracaq
# 19 yanvar 2010 14:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin yanvarın 1-nə 16,3 mln. ABŞ dolları təşkil edib. Təşkilatın Bakdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda qüvvədə olan portfel 1 451 kreditdən ibarətdir. Ümumilikdə, kredit portfelinin tərkibində 50% biznes-kreditlər, 36% ipoteka kreditləri və 14% istehlak kreditlərinin payına düşür.

Təşkilatın məlumatında deyilir ki, 2009-cu ilin əvvəlindən «TBC Kredit» kiçik və orta biznesin kreditləşməsinə üstünlük verməyə başlayıb. Ötən il ərzində «TBC Kredit»in Sumqayıt və Lokbatanda servis-mərkəzləri açılıb, «Təcili pul» girovsuz kredit proqramı çərçivəsində 5 000 manatadək 18 aya qədər istehlak kreditlərinin verilməsi bərpa olunub. Bundan başqa, ötən ilin noyabrında ABŞ-ın «Overseas Private Investment Corporation»dan (OPIC) 12 mln. dollar həcmində uzunmüddətli kreditin cəlb edilməsi mümkün olub. Bu kredit xətti ipoteka və biznes kreditlərin verilməsinə yönəldilir.

Qeyd edək ki, «TBC Kredit» və OPIC 2004-cü ildən əməkdaşlıq edir və ümumilikdə cəlb edilmiş vəsaitin həcmi artıq 18,5 mln. dollara çatıb. Nəticədə, 2009-cu ilin dekabrından «TBC Kredit» ipoteka kreditlərinin verilməsinə başlayıb ki, bu kreditlərin maksimal məbləği 200 min dollar, maksimal müddəti isə 10 il təşkil edir. Təşkilatın məlumatına görə, 2010-cu ilin sonuna kimi kredit portfelinin 30 mln. dollara çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalında 75% Gürcüstan «TBC Bank»ına, 25% isə ABŞ-ın «ShoreBank International»a məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR