Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi CIPA proqramı üzrə uzunmüddətli kurslara başlayır

Azərbaycan Bank Tədris Mərkəzi CIPA proqramı üzrə uzunmüddətli kurslara başlayır
# 19 yanvar 2010 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) yanvarın 25-dən etibarən «Beynəlxalq Diplomlu Peşəkar Mühasib» proqramı üzrə (CIPA - Certified International Professional Accountant) uzunmüddətli kurslara başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, tədris proqramı CAP diplomu üzrə maliyyə uçotu, idarəetmə uçotu, vergi və hüquq mövzularını əhatə edəcək. Bütün maraqlanan şəxslər (+994 12) 497 07 10 nömrəli telefonla müraciət edə bilər.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM bank işi və biznesin idarə edilməsi üzrə 1 847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi mövqeyini qoruyub saxlayıb. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR