Bank Of Baku

76 yaşlı taksi sürücüsü lotereyada 43 mln. dollar udub

76 yaşlı taksi sürücüsü lotereyada 43 mln. dollar udub
# 19 yanvar 2010 15:26 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniyada 76 yaşlı taksi sürücüsü lotereyada 43 mln. dollar udub.

APA-Economics”in Britaniya KİV-nə istinadən xəbərinə görə, Corc Stert “EuroMillions” lotereyasında 26,1 mln. funt (42,6 mln. dollar) həcmində olan cek-pota sahib olub.

İngiltərənin Surrey qraflığının Dorkinq şəhərindən olan C.Stertin həyat yoldaşı yarım il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Bu səbəbdən o, udduğu vəsaitin böyük hissəsini xeyriyyə məqsədilə və xərçəng xəstəliyi sahəsində tədqiqatların inkişafı üçün sərf etmək niyyətindədir. Pulun qalan hissəsi isə sürücünün övladları – 44 yaşlı Tereza, 53 yaşlı Kolin və 51 yaşlı Harri arasında bölüşdürüləcək.

“Mənə çoxlu pul lazım deyil. Amma xoşbəxtəm ki, övladlarım tam təmin olunacaq” – deyə C.Stert qeyd edib. O, taksi sürücüsü kimi fəaliyyətini davam etdirəcəyini də vurğulayıb: “taksi sürmək mənim xoşuma gəlir. Bunun sayəsində xeyli gözəl insanla rastlaşmışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR