Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru: Dünya iqtisadiyyatı böhrandan sonra gözlənildiyindən daha sürətlə bərpa olunur

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru: Dünya iqtisadiyyatı böhrandan sonra gözlənildiyindən daha sürətlə bərpa olunur
# 20 yanvar 2010 10:13 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kann bəyan edib ki, dünya iqtisadiyyatı qlobal böhrandan sonra gözlənildiyindən daha sürətlə bərpa olunur.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, D.Stross-Kann bu açıqlama ilə Honkonqda keçirilən Asiya iqtisadi Forumunda çıxış edib.

BVF rəsmisi bildirib ki, iqtisadiyyatın artım templəri 2010-cu ildə analitiklərin proqnozlaşdırdığı 3%-dən çox olacaq. Onun fikrincə, bu, Asiya bazarları ilə sıx bağlıdır: “Məhz Asiya ölkələri daxili tələbatı daha tez bərpa edə və böhrana qarşı tədbirlər hazırlaya biliblər”.

D.Stross-Kann qeyd edib ki, Yaponiya istisna olmaqla Asiya bazarlarında artım tempi 7%-i ötəcək: “Amma inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadiyyatın bərpası aşağı templə gedəcək və dövlətin dəstəyindən asılı qalmaqda davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR