Bank Of Baku

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestr Xidmətindən daha çox istifadə edən banklar müəyyənləşib

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestr Xidmətindən daha çox istifadə edən banklar müəyyənləşib
# 20 yanvar 2010 10:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestr Xidmətində (MKRX) 2009-cu il ərzində 74 393 sayda, o cümlədən banklar tərəfindən yeni borcalanlar üzrə 60 182 sorğu həyata keçirilib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin yekunu ilə müqayisədə MKRX-yə edilən sorğuların sayı 5,65 dəfə artıb. Hesabat dövründə 138 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə bu xidmətə müraciət edib.

Reyestrdən 2009-cu il ərzində 38 bank istifadə edib ki, bu banklar sırasında «Royal Bank», «Bank Respublika», «Parabank»,«Access Bank» və «AG Bank» daha fəal olub.

Bu müddət ərzində MKRX-də haqqında məlumat toplanmış borcalanların sayı 704 275-yə, kredit məlumatlarının sayı isə 1 280 905-yə çatıb ki, bu da 2008-ci ilin yekun göstəricisindən müvafiq olaraq 52% və 66% çoxdur. Həmçinin, ötən il zaminlər haqqında toplanmış məlumatların sayı 263 364-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR