Bank Of Baku

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə qeyri-bank kredit təşkilatları da qoşulacaq

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə qeyri-bank kredit təşkilatları da qoşulacaq
# 20 yanvar 2010 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il ərzində Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə bank olmayan kredit təşkilatlarının da qoşulması planlaşdırılır.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bank olmayan kredit təşkilatlarının sistemə qoşulması nəticəsində hesabatda daha ətraflı məlumatlar, o cümlədən borcalan haqda sorğu etmiş istifadəçi haqqında informasiya, onun zamin olduğu öhdəliklər, borcalanın aylıq ödənişləri haqqında tarixçə əksini tapacaq.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə yaradılıb. Mərkəzin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən bankları cari və potensial borcalanları haqqında daha etibarlı məlumatlarla təmin etmək, kredit risklərini tənzimləmək, borcalanları bazar intizamına, borcalma nüfuzunun qorunmasına təşviq etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR