Bank Of Baku

MDB ölkələrindən Rusiya, Ukrayna və Ermənistan iqtisadi böhrandan daha çox zərər görüb

MDB ölkələrindən Rusiya, Ukrayna və Ermənistan iqtisadi böhrandan daha çox zərər görüb
# 20 yanvar 2010 12:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında Rusiya, Ukrayna və Ermənistan qlobal iqtisadi böhrandan daha çox zərər görüblər.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin açıqlama verib.

“Böhran nəticəsində MDB ölkələri iki qrupa bölünüb. Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstanın iqtisadiyyatında artım müşahidə olunur, digər ölkələr isə böhrandan əhəmiyyətli dərəcədə zərər görüblər” – deyə V.Sokolin qeyd edib.

2008-ci ilin analoji dövrü ilə müqayisədə 2009-cu ilin ilk üç rübündə Azərbaycan iqtisadiyyatı 6,1%, Özbəkistanda 8%, Tacikistanda 2,7%, Qırğızıstanda isə 2,9% artım qeydə alınıb.

2009-cu ilin yanvar-sentyabr aylarında 2008-ci ilin analoji dövrü ilə müqayisədə Ermənistan, Ukrayna və Rusiyanın iqtisadiyyatında müvafiq olaraq 18,3%, 15,9% və 9,9% geriləmə müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR